İDMAN

03 İyul

Azərbaycan İdman Akademiyası TDT vətəndaşlarına təqaüdlü magistratura proqramı təklif edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin vətəndaşları üçün magistratura təqaüdü proqramına başladı.

 Fins.az xəbər verir ki,  “Mergen” adlı proqram çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan, Şimali Kipr Türk Respublikası (Qıbrız) və Türkmənistan vətəndaşları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqaüdlə aspirantura təhsili ala biləcəklər.

  İdman jurnalistikası, idman menecmenti, idman təbabəti və reabilitasiya sahələrini üzrə ali təhsil almış məzunlar bu proqrama qatıla bilər.

  Dərslər Azərbaycan və ingilis dillərində aparılacaq.

  Qəbul olunanların təhsil və yaşayış xərcləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən qarşılanacaq.

  2024-2027-ci illəri əhatə edəcək proqrama 2024-2025-ci tədris ili üçün müraciətlər 31 iyul 2024-cü il tarixinədək //portal.edu.az/ saytından edilə bilər.

Kaira Agayeva 

Fins.az