İDMAN

25 İyun

AVRO-2024: İngiltərə, Niderland, Fransa pley-off mərhələsinə yüksəliblər

Futbol üzrə Xorvatiya və İtaliya milli komandaları arasında keçirilən oyunun nəticəsi (1:1) eyni anda üç milli komandanın işinə yarayıb.

Fins.az-ın məlumatına görə, bu nəticə İngiltərə, Niderland və Fransa millilərinin 1/8 finala vəsiqə qazanmasını təmin edib.

Bu komandalar, üçüncü yeri tutsalar belə, ən yaxşı dörd komandalar sırasına daxil olmalarını təmin ediblər.

Hər qrupdan iki ən yaxşı komanda, həmçinin üçüncü yeri tutanlardan dördü pley-off mərhələsinə yüksəlir. Qalanları turnirdən kənarlaşdırılır.

İngiltərə, Niderland və Fransanın hərəyə 4 xalı var. Üç oyun keçirərək qrupunda üçüncü yerdə qalanlardan Macarıstan 3, Xorvatiya isə 2 xal toplayıb.