"Qalatasaray”ın rəqibləri üçün ən təhlükəli məqam topu qazandıqlarını düşünmələridir. Sadəcə biz topu qazandıq və hücuma gedəcəyik deyəndə yenə topa ilişib qalırlar. Və əks təzyiq nəticəsində başqa mövqe verirlər.
Fins.az xəbər verir ki, bu mövsüm isə Davinson Sançes bu əks presslə topu itirəndə saniyələr ərzində topu geri qaytaran Qalatasaray komandasının lideridir. Torreira meydanda olanda həmin dəstənin digər görkəmli üzvüdür. Amma mərkəz müdafiəçisi kimi Davinson komandasının müdafiə xəttini bu günə qədər sıxışdıra bilməsi, tez-tez doğru yerdə ola bilməsi və belə vacib toplar qazanması çox gözəldir. “Qalatasaray” bu ili çempion olaraq başa vursa, məncə, bu mövsümü “Super Liqa Davinson Sançes mövsümü” adlandıra bilərik.
Okan Burukun yetirmələri mövsümün ən yaxşı oyununu nümayiş etdirərək Ankaragücü ilə qarşılaşmada çətinlik çəkmədən qalib gəliblər. Qarşılaşmanın 3-0 olmasına aldanmayın, bu görüş "Qalatasaray"ın xeyrinə çox fərqli bitə bilərdi.
Davinson Sanchez və Nelsson ilk dəfə sıfır səhvlə oynadılar. Xüsusilə də Sançes çox yaxşı futbolçudur. Mərkəz müdafiə sahəsini unut, o, yarımmüdafiəyə keçir, topu yaxşı paylayır, həm də qollar vurur. Bu mövsümün ən yaxşı transferi olduğunu deyə bilərəm.
Günel Məlikzadə
Fins.az