İDMAN

15 Fevral

Ali Koç Superkubok matçının tarixini açıqlayıb

"Fənərbaxça"nın prezidenti Ali Koç Halk TV-yə mühüm açıqlamalar verib. Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan, lakin təxirə salınan Super Kubok matçının tarixinə diqqət çəkən Koç  2011-ci ildə oynanılmayan Super Kubok matçı üçün də müraciət etdiklərini açıqladı.

Fins.az xəbər verir ki.. Əli Koç açıqlamasında " Superkubok matçının yerli seçkilərdən sonra apreldə oynanacağı dəqiqdir. Biz də öz planımızı qurmaq üçün plan gözləyirik, lakin hələ ki, TFF-dən dəqiq tarix gəlməyib" dedi.

Ali Koçun açıqlamalarından diqqət çəkən məqamlar:

"Biz iyulun 3-də çox ağır bədəl ödədik. Həm maddi, həm də mənəvi. Biz hələ də ödəyirik, son 10 ildə yaşadıqlarımız göz qabağındadır. Bu halda hər şeydən önəmlidir. FETÖ ilə qarşılaşdığımız zaman yanımızda heç kim yox idi, dik durmuşduq. “Fənərbaxça” o zaman da rəqiblərini xeyli qabaqlayırdı. Kaş ki, Fənərbaxça üçün məhkəməyə müraciət etmədən və ya buna bənzər bir şey olmadan barışıq prosesi olsaydı. Avtobusumuz güllələnib, hadisəni törədən hələ məlum deyil".

Günel Məlikzadə
Fins.az