İDMAN

14 Fevral

Yunus Akgün ilə Leicester City mərhələ-mərhələ Premyer Liqaya doğru irəliləyir

Çempionşipdə liqa lideri olan Leicester City Premyer Liqaya addım-addım yaxınlaşır.

Fins.az xəbər verir ki, “Lester” son liqa matçında “Şeffild Uensdey”ə 2:0 hesabı ilə qalib gələrək, ən yaxın rəqibi ilə xal fərqini 12-yə yüksəldib.

Əbdül Fatavu İssahaku və Ceymi Vardi "Lester Siti"yə qələbə qazandıran qolları vurub.

Pley-offda oynamadan birbaşa Premyer Liqaya yüksəlmək üçün liqanı ilk iki pillədə bitirməli olan “Lester Siti” ilə üçüncü pillədə qərarlaşan “Sauthempton”la 14 xallıq fərq var. 

Günel Məlikzadə
Fins.az