İDMAN

14 Fevral

"Mançester Yunayted"in satışına icazə

Liqanın internet saytında verilən açıqlamada satışa heç bir maneənin olmadığı və idarə heyətinin əməliyyatı təsdiqlədiyi bildirilib.

Fins.az xəbər verir ki, klubun səhmlərinin 25 faizini 1,25 milyard funt-sterlinqə satın alan neft-kimya şirkəti INEOS-un qurucusu Ratcliffe futbol əməliyyatlarına nəzarətdə söz sahibi olacaq.

71 yaşlı Ratcliffe, həmçinin Old Trafford Stadionundakı investisiyalar üçün 236 milyon funt-sterlinq təmin edəcək.

ABŞ Qleyzer ailəsi 2005-ci ildə Mançester Yunayted-i 790 milyon funta satın aldı.

Günel Məlikzadə
Fins.az