İDMAN

25 Yanvar

"Real Madrid"in Kilian Mbappe üçün təklifi futbolçunu əsəbiləşdirəcək

Kilian Mbappenin PSJ macərası addım-addım sona çatır. Fransa nəhəngi ilə yeni müqavilə imzalamaq istəməyən Mbappe seçimini edib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Kilian Mbappe yeni mövsümdən etibarən Real Madriddə oynamaq istəyir. Fransız ulduzun qərarında Çempionlar Liqasının böyük rol oynadığı bildirilib.

Digər tərəfdən Kilian Mbappenin Real Madriddən tələb etdiyi maaş da açıqlanıb.

Xəbərin təfərrüatında 25 yaşlı futbolçunun ispan nəhəngindən illik 70 milyon avro istədiyi bildirilir.

Qeyd olunub ki, İspaniyadakı maliyyə nəzarəti səbəbindən "Real Madrid"in fransız ulduza bu rəqəmi verməsi mümkün deyil.

Xəbərdə Florentino Peresin Kilian Mbappeyə 35 milyon avro təklif etdiyi bildirilib.

Mbappenin növbəti dövrdə pul və karyera arasında seçim edəcəyi vurğulanıb.

Fransa mətbuatı PSJ-nin Kilian Mbappeyə illik 100 milyon avro ödəməyə hazır olduğunu yazıb.

PSJ 2018-ci ildə Mbappenin transferi üçün "Monako"ya 180 milyon avro ödəmişdi.

Bu mövsüm bütün yarışlarda 26 matçda meydana çıxan futbolçu 28 qol vurub, 6 məhsuldar ötürmə edib.

Günel Məlikzadə
Fins.az