İDMAN

23 Yanvar

Qaziantep FK - Konyaspor matçı nə vaxt, saat neçədə, hansı kanalda?

Trendyol Super Liqasının 22-ci həftəsində Qaziantep FK öz meydanında "TÜMOSAN Konyaspor"u qəbul edəcək.

Fins.az xəbər verir ki, 24 Yanvar çərşənbə günü Kalyon Stadionunda saat 18.00- da başlayacaq qarşılaşmanı baş hakim Volkan Bayarslan idarə edəcək. Qaziantep FK - Konyaspor matçı beIN Sports kanalında canlı yayımlanacaq.

Liqada keçirdiyi 21 matçda 6 qalibiyyət, 4 heç-heçə və 11 məğlubiyyət əldə edən Qaziantep komandası bu matçlarda 24 qol vurub və qapısında 32 qolun qarşısını ala bilməyib.

22 xalla 14-cü pillədə qərarlaşan “qırmızı-qaralar” “Konyaspor”a qalib gələrək, sonuncu pillələrdən uzaqlaşmağı planlaşdırır.

Afrika Millətlər Kuboku ilə əlaqədar Qaziantep FK-nın milli komandalarında yer alan Bikel və Qradel, sarı vərəqələrə görə cəzalı olan Maksim və Draqus bu matçda meydana çıxa bilməyəcək.

Bundan əlavə, komandada hərəyə 3 sarı vərəqə olan Mustafa Eskihellaç, Ogün Özçiçek və Jevtoviç bu matçda sarı vərəqə alacağı təqdirdə cəzalı olacaq.

Günel Məlikzadə
Fins.az