İDMAN

11 Dekabr

Qalatasaray gələcəyin Neymarını tapıb!

Bu mövsüm 3 zolaqda uğurlu yolunu davam etdirən Qalatasaray, yanvar ayı üçün transfer səylərini davam etdirir. Bütün dünyada böyük təsir bağışlayacaq transfer etmək istəyən sarı-qırmızılı komanda yolu Braziliyaya çevirib. Cimbom gələcəyin Neymarı kimi görünən ulduz futbolçunu heyətinə qatmaq istəyir. 

Fins.az xəbər verir ki, Qalatasaray Çempionlar Liqasında bir matç oynayacaq. "Sarı-qırmızılar" A qrupunda son oyununu Kopenhagendə səfərdə keçirəcək. Qrupda 5 xalı olan Cimbom , Danırmaq təmsilçisindən sonra top fərqi ilə 3-cü pillədə qərarlaşıb. Qalatasaray bu matçda qalib gəlsə, Mançester Yunayted - Bayern Münhen matçından asılı olmayaraq qrupdan 2-ci kimi çıxacaq.

Super Liqanın son matçında "Adana Dəmirspor"u 3:1 hesabı ilə məğlub edən Cimbom, Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanacaq. Sarı-qırmızılar qrupdan çıxmaq üçün bütün planlarını qurublar.

Eyni zamanda " Qalatasaray" Super Liqada çempion olmaq istəyir. Bu mövsüm əzəli rəqibi Fənərbaxça ilə gərgin rəqabətdə olan Cimbom top fərqi ilə 2-ci sıradadır. Qalatasarayın bu mübarizəsində ən çox diqqət çəkən ad baş məşqçi Okan Burukdur. Sarı-qırmızılıların çalışdırdığı ilk mövsümdə orta hesabla 2,44 xalla çempionluğa yüksələn Okan Buruk bu mövsüm zirvəni yüksəldib. Liqada 15 həftə ərzində 13 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət rekordu olan Buruk, xal ortalamasını 2,66-ya yüksəldib.

Sarı-qırmızılı komandanın başında 51 liqa matçında 41 qələbə qazanan uğurlu çalışdırıcı statistikada zirvəyə yüksəlib.

Bütün gözlər yarımçıq transfer dövründə bütün yarışlarda mübarizə aparan sarı-qırmızılı komandadadır. Braziliyada Santos-un 111 ildən sonra bu mövsüm aşağı liqaya düşməsi komandanı xeyli ruhdan saldı. Braziliyanın ağ-qara klubunun bir çox futbolçusu ilə yollarını ayıracağı düşünülür. Bu oyunçular arasında ən çox ehtimal olunan ad Marcos Leonardodur. Braziliyalı futbolçu onu gələcəyin Neymarı kimi təsvir edir. 1.74 boyu olmasına baxmayaraq çox güclü olduğu bilinən Leonardo ölkəsini tərk etməyə hazırdır. Ulduz futbolçu menecerinə "Santos "un aşağı liqaya düşməsindən sonra təklifləri dəyərləndirəcəyini bildirib.

Bu vəziyyətdən sonra "Qalatasaray" hərəkətə keçdi. Sarı-qırmızılar Markos Leonardonu heyətinə qatmaq üçün bütün imkanlarından istifadə edəcək. 

Günel Məlikzadə
Fins.az