Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasında mühüm rol oynayır və qloballaşma şəraitində strateji əhəmiyyət daşıyır. Bu baxımdan biznes mühitinin yaxşılaşdırılması dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin xarakteri və prioritet istiqamətləri ilə birbaşa əlaqəlidir. Bu siyasət istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsində əsas rol oynayır. Biznesin cəlbediciliyinə müxtəlif amillər təsir edir və infrastruktur təminatının yaxşılaşdırılması iqtisadiyyat subyektlərinin mülkiyyət formasından asılı olmayaraq resurs bazarına bərabər çıxış imkanlarını genişləndirmək və logistika proseslərini təkmilləşdirmək üçün əlverişli şərait yaradır.
Bu məqalədə iqtisadiyyatda biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur təminatının səviyyəvi aspektləri və mövcud problemlərin aradan qaldırılması yolları araşdırılmışdır.
Finss.az xəbər verir ki, məqalə “Geostrategiya” beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnalında dərc olunub.
Ramil Əskərov
Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı