Məqalədə dünya ölkələrinin qida sənayesində innovativ fəaliyyət sahəsində təcrübəsi araşdırılmışdır.
Finss.az xəbər verir ki, məqalə “Geostrategiya” beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnalında dərc olunub.
ABŞ və digər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə qida sənayesinin tənzimlənməsi ilə bağlı dövlət siyasətinin əsasları təqdim edilmişdir. Avropa İttifaqı ölkələrində qida sənayesinin səmərəli təşkilinə dair müxtəlif mexanizmlər və yanaşmalar sistemləşdirilmişdir. Dünyanın qabaqcıl iqtisadiyyatlarından biri olan Çində qida sənayesinin innovasiyalar sahəsindəki irəliləyişləri diqqət mərkəzində olmuşdur. Digər ölkələr qrupunda qida sənayesinin inkişafında innovativ metodlardan istifadə metod və mexanizmləri təhlil edilmişdir. Müasir dövrün reallıqlarına əsaslanaraq, qida sənayesində innovativ fəaliyyətin qabaqcıl təcrübəsi ümumiləşdirilmişdir.
Ümid Əlizadə
Azərbaycan Kooperasiya Universitetinin doktorantı