Finss.az - Azərbaycanın tibb və hüquq sahəsində tanınmış mütəxəssisi, professor Vüqar Məmmədov Dünya Səhiyyə Təşkilatının (WHO) Avropa Regional Bürosunun "Əlillik və Səhiyyə" üzrə Texniki Məsləhət Komitəsinin həmsədri təyin edilib.
Bu, WHO-nun Avropa regionunda ilk dəfə qurulan bu komitə çərçivəsində, əlilliyi olan şəxslərin səhiyyə sistemlərinə daha yaxşı inteqrasiyasını təmin etmək məqsədini güdür.
Komitənin əsas vəzifəsi, 2022-2030-cu illər üçün WHO-nun "Əlilliyi olan şəxslər üçün ən yüksək sağlamlıq səviyyəsinə nail olma" proqramının həyata keçirilməsi və əlilliyi olan şəxslərin səhiyyə xidmətlərinə çıxışının yaxşılaşdırılmasıdır. Professor Məmmədov bu istiqamətdə WHO-ya tövsiyələr verəcək və region ölkələri arasında təcrübə mübadiləsini təşviq edəcək.