Məqalədə Azərbaycanda regionlarda sahibkarlıq fəaliyyətinin təşkilati-iqtisadi və maliyyə mexanizmləri araşdırılmışdır.
Finss.az xəbər verir ki, məqalə “Geostrategiya” beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnalında dərc olunub.
Məqalədə regionların resurslarından səmərəli istifadəyə dair məsələlər təhlil edilmişdir. Regionlarda iqtisadi fəallığın artırılması üçün iqtisadi mexanizmlərin geniş tətbiqinin əhəmiyyəti əsaslandırılmışdır. Regionlarda maliyyə mexanizminin xüsusi rolu vurğulanmışdır. Azərbaycanın regionlarında həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərinin analizi aparılmışdır. Regionlarda mövcud olan təbii və əmək resurslarından səmərəli istifadənin prioritetləri müəyyən edilmişdir. Ölkə regionlarında sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə təşkilati-iqtisadi və maliyyə mexanizmlərinin tətbiqinin genişləndirilməsi üçün təkliflər irəli sürülmüşdür.
Yunis Avazov
Azərbaycan Kooperasiya Universitetinin doktorantı