Elm

23 Yanvar

Azərbaycanda aqrar sahədə yerli istehsalın strukturunun diversifikasiyalaşdırılması və stimullaşdırılması mexanizmləri

Məqalədə Azərbaycanda aqrar sahədə yerli istehsal strukturunun diversifikasiyası və stimullaşdırılması mexanizmləri araşdırılmışdır.

Finss.az xəbər verir ki, məqalə “Geostrategiya” beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnalında dərc olunub.

Məqalədə aqrar sahənin inkişaf problemləri sistemləşdirilmiş, yerli istehsalın genişləndirilməsinin üstünlükləri göstərilmişdir. Yerli istehsalın aqrar sahənin inkişafına multiplikativ təsiri təhlil olunmuşdur. Ölkə iqtisadiyyatının strateji istiqamətlərindən biri olan aqrar sektorun inkişaf prioritetlərinin əhəmiyyəti vurğulanmışdır. Məqalədə idxal strukturunun yaxşılaşdırılması üçün yerli məhsulların keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılmasının vacibliyi qeyd edilmişdir. Azərbaycanın aqrar sektorunda yerli istehsal strukturunun genişləndirilməsi üçün tövsiyələr və təkliflər verilmişdir.

Məqalə

Yusif Həsənli
Azərbaycan Kooperasiya Universitetinin doktorantı