Elm

17 Oktyabr

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Pakistan Respublikasının Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb. 

Finss.az xəbər verir ki, Sənədi BDU-nun rektoru Elçin Babayev və Superior Universitetinin rektoru Sumaira Rehman imzalayıb.

Memorandumda iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur.

Bununla yanaşı, elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 2000-ci ildə qoyulmuş Superior Universiteti Pakistanın nüfuzlu universitetlərindən biridir. Superior Universiteti “QS Cənubi Asiya reytinqi”ndə 258-ci pillədə qərarlaşır.

Kaira Agayeva 

Finss.az