Elm

31 May

Bu il 85 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib

2024-cü ilin yanvar-aprel ayları ərzində 84,9 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Fins.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən məlumat verir.

Bildirilib ki, onlardan 15,3 mindən çox pensiya, 69,6 mindən çox müavinət (o cümlədən 19,9 mindən çoxu MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

Fuad Mədətov
Fins.az