Birbaşa investisiyalarda ucuz işçi qüvvəsinə üstünlük verməkdən imtina edən istehsalçı indi diqqəti inkişaf etmiş bazarlarda daha sürətli böyüməyə yönəldir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2000-ci illərin əvvəllərindən etibarən Türkiyədən bir çox şirkət xaricdə genişlənməyə başladı. Ancaq bunlar, Ülkərin Belçika şokolad istehsalçısı Godiva-nı alması kimi böyük miqyaslı satınalmalar idi. 2015-ci ildən sonra bu alışlar daha kiçik şirkətlərin diqqətini çəkməyə başladı. Son illərdə sürətlə artıb.
Ticarət Nazirliyinin məlumatlarına görə, xaricə investisiya yatıran yerli şirkətlərin sayı 2018-ci ildəki 1788-dən 2022-ci ilin sonuna qədər 2033-ə yüksəlib. Bu şirkətlərin xaricdəki kapitalı 2018-ci ildə 44,8 milyard dollar olduğu halda, 2022-ci ilin sonunda 20,71 faiz artaraq 54,08 milyard dollara çatıb.
Günel Məlikzadə
Fins.az