DÜNYA

27 Yanvar

Çin istehsal son 5 ayın minimumunu göstərdi

Finss.az - Yanvar ayında Çin istehsal sənayesində satınalma menecerləri indeksi (PMI) 50,1 baldan 49,1 bala enib, bu, son beş ayın ən aşağı göstəricisidir.

Dövlət Statistikası İdarəsinin məlumatına görə, indeksin 50 balın altına düşməsi sənaye fəaliyyətinin zəiflədiyini göstərir. Yeni sifarişlər və ixrac satışları da müvafiq olaraq azalıb. Lakin sənaye sektoru üzrə gələcək optimizm göstəricisi 55,3 bal ilə son on ayın ən yüksək səviyyəsinə çatıb. Ümumilikdə, yanvarda Çin iqtisadiyyatı üzrə PMI 50,1 bal olub.