DÜNYA

25 Yanvar

Yaponiyada inflyasiya dekabrda 3.6%-ə qədər yüksəldi

Finss.az - Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin hesabatına əsasən, ölkədə istehlak qiymətləri dekabr ayında illik ifadədə 3.6% artıb.

Bu, 2023-cü ilin yanvar ayından bəri ən yüksək artım tempidir. Qeyd etmək lazımdır ki, bir ay əvvəl inflyasiya 2.9% idi. Təzə qida məhsulları istisna olmaqla hesablanan qiymətlər (Yaponiya Bankı tərəfindən izlənilən əsas göstərici) 2023-cü ilin avqust ayından bu yana ən yüksək həddə, 3%-a qədər artıblar. Ekspertlər göstəricinin 2.7%-dən 3%-ə qədər yüksələcəyini proqnozlaşdırmışdılar.

Yaponiyanın əsas inflyasiya göstəricisi təxminən üç il ardıcıl olaraq mərkəzi bankın 2%-lik hədəfi səviyyəsində və ya onun üzərində qalır.

Ölkədə ərzaq qiymətlərinin artımı 4.8%-dən 6.4%-ə qədər sürətlənib. Elektrik enerjisinin dəyəri 18.7% (bir ay əvvəl 9.9%), qazın qiyməti 5.6% (3.5%) artıb.

Geyim 2.9% (noyabrda 2.6%), mebel və məişət məmulatları 3% (3.7%), nəqliyyat xidmətləri 1.1% (0.9%), tibbi xidmətlər 1.7% (1.6%) bahalaşıb. Bununla yanaşı, ötən ay rabitə xidmətləri 2.1% (noyabrda -3%), təhsil xidmətləri isə əvvəlki aya nisbətən 1% ucuzlaşıb.

Yaponiyada istehlak qiymətləri aylıq ifadədə dekabr ayında 0.6% artaraq son 14 ayın ən sürətli artım tempini göstərib. Noyabrda göstərici 0.4% təşkil edib.