DÜNYA

24 Yanvar

Səudiyyə Ərəbistanı ABŞ-a edilən investisiyaları artırmağı planlaşdırır

Finss.az - Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı iki ölkə arasında ticarətin artırılması üçün çalışacağına söz verib. Bu barədə cümə axşamı Səudiyyə Ərəbistanının Xəbər Agentliyi məlumat yayıb.

Agentlik yazır: "Şahzadə krallığın ABŞ ilə investisiyaların həcmini və ölkələr arasında ticarət dövriyyəsinin növbəti dörd il ərzində 600 milyard dollara qədər genişləndirmək niyyətini təsdiqləyib".

Eyni zamanda qeyd edilir ki, iki lider Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təşviqi üçün əməkdaşlıq yollarını, həmçinin, terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.