Finss.az - Dünya Bankı 2025-ci ildə Ukraynanın iqtisadi artımının 2 faiz azalacağını proqnozlaşdırır.
Proqnoz müharibənin il boyu davam edəcəyi ehtimalına əsaslanır.
2024-cü ildə artımın 3,2 faizə enməsi enerji çatışmazlığı və elektrik kəsintiləri ilə əlaqələndirilir.
2026-cı ildə müharibənin bitməsi və yenidənqurma işlərinin başlanması ilə iqtisadiyyatın 7 faiz bərpa olunacağı proqnozlaşdırılır.
BVF də Ukrayna iqtisadiyyatının 2025-ci ildə 2,5-3,5 faiz, 2026-cı ildə isə 5,3 faiz artacağını gözləyir.