Finss.az - Dünən ABŞ-da dərc olunan iqtisadi məlumatlara əsasən, ölkədə pərakəndə satış dövriyyəsinin həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə 0.4% artıb.
Lakin analitiklər, göstəricinin orta hesabla 0.6% artacağını proqnozlaşdırırdılar. İllik ifadədə isə pərakəndə satış dövriyyəsinin həcmi 3.9% artıb.
Bundan başqa, ABŞ-da işsizlik müavinəti müraciətlərinin sayı ötən həftə 14 min artaraq 217 minə çatıb. Yanvarın 4-də başa çatan həftədə isə işsizlik müavinəti almağa davam edən amerikalıların sayı 1.867 milyon nəfərdən 1.859 milyona qədər azalıb.
Bu göstəricilər, ABŞ iqtisadiyyatının müxtəlif sahələrindəki tendensiyaları əks etdirir və bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir.