DÜNYA

17 Yanvar

Kanada ABŞ məhsullarına 105 milyard dollarlıq rüsum tətbiq etməyə hazırdır

Finss.az - Kanada, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "zərbəni ilk endirəcəyi" təqdirdə ABŞ-ın 105 milyard dollarlıq mallarına tariflər tətbiq etməyə hazırdır.

Verilən məlumatlara əsasən, Kanadada Trampın ölkə mallarına rüsum tətbiq etməyə qərar verəcəyi təqdirdə, tariflərə düşəcək Amerika istehsalı malların ilkin siyahısı hazırlanıb.

Qeyd olunur ki, siyahı sacədə bir layihə şəklində tərtib olunub və yalnız Tramp administrasiyası ilk addımları atacağı təqdirdə qüvvəyə minəcək. Həmçinin, ABŞ-ın nə edəcəyindən asılı olaraq Kanadadan daha sonra yeni tariflər əlavə oluna bilər.

Qeyd olunan ilkin siyahıda olan məhsullar açıqlanmır. Tramp 2018-ci ildə şimal qonşusundan gələn polad və alüminiuma tariflər tətbiq edərkən, Kanada buna cavab olaraq viski və paltaryuyan maşınlar kimi, Amerika istehsalı olan müxtəlif mallara rüsumlar tətbiq edib. Bu tariflər miqyasına görə daha kiçik idi və o dövrdə təxminən 16.6 milyard Kanada dolları dəyərində Amerika ixracatına təsir etmişdi.