DÜNYA

17 Yanvar

Qazaxıstandan 12 milyon dollar dəyərində layihə

Finss.az - “Yesil Technology Company” Qazaxıstanın Almatı vilayətində yüksək texnologiyalı pilotsuz uçuş aparatları istehsal edəcək.

Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi ilə investorlar arasında əməkdaşlıq memorandumu imzalanıb.

Layihənin dəyəri 12 milyon ABŞ dolları olub və pilotsuz təyyarələr yerli bazarda satışa çıxarılacaq, eyni zamanda Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək.

İstehsal proseslərinə beynəlxalq mühəndislər və qazaxıstanlı mütəxəssislər cəlb ediləcək.