DÜNYA

17 Yanvar

İspaniya AB ilə "Merkosur" sazişinə qarşı çıxır

Finss.az - İspaniyanın COAG ANDALUCIA təşkilatının baş katibi Miquel Lopes Syerra, AB ilə MERKOSUR arasındakı ticarət sazişini tənqid edərək, sazişin kənd təsərrüfatı sektoruna zərər verəcəyini bildirib.

Onun sözlərinə görə, saziş AB-nin kənd təsərrüfatı istehsalçılarını, xüsusən də İspaniyadakı fermerləri ciddi çətinliklərlə üz-üzə qoyacaq. Lopes Syerra, MERKOSUR ölkələrindən gələn məhsulların AB bazarını zəbt edəcəyini və bunun nəticəsində sağlamlıq və ətraf mühitə ciddi təhdidlər yaradacağını vurğulayıb.

Təşkilat, ticarət sazişinin fermerlər üçün əlavə təzyiq yarada biləcəyini və ölkə ərazisindəki kənd təsərrüfatı fəaliyyətinin davamlılığını təhlükə altına atacağını qeyd edib.