DÜNYA

16 Yanvar

Qazaxıstan Xəzərdə güclənir

Finss.az - Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik yeni bir terminal inşa ediləcək. “Sarzha Grain Terminal” layihəsi çərçivəsində birinci mərhələnin tikintisi tamamlandıqda, terminalın illik gücü 570 min ton taxıl yükü təşkil edəcək. İkinci mərhələnin başa çatması ilə isə bu güc 1,5 milyon tonadək artırılacaq.

Layihənin ümumi investisiya dəyəri 50 milyon ABŞ dollarını ötəcək və birinci mərhələnin 2026-cı ilin ikinci yarısında tamamlanması gözlənilir.

Bu layihənin həyata keçirilməsi Orta Dəhlizin inkişafına və Qazaxıstan hökumətinin 2030-cu ilədək nəqliyyat-logistika potensialının inkişafı məqsədini güdən Yol Xəritəsinin icrasına mühüm töhfə verəcək. Həmçinin, bu, Qazaxıstanın ixrac marşrutlarının şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılması məqsədini daşıyır.