DÜNYA

16 Yanvar

Ukrayna yenə AYİB-dən kredit gözləyir

Finss.az - AYİB-in Ukrayna və Moldova üzrə direktoru Arvid Türkner Kiyevə böyük kreditlər veriləcəyini istisna etməyib. O, Ukraynada planlaşdırmanın çətin olduğunu, lakin yeni düzgün əməliyyatlar müəyyən edildikdə Kiyevə böyük kreditlərin ayrılacağını bildirib. İnfrastruktur və enerji təhlükəsizliyi iki əsas prioritet sahə olaraq qeyd edilib, daha sonra isə özəl sektor və ərzaq təhlükəsizliyinin gücləndirilməsi gəlir.

Qeyd edək ki, 2024-cü ildə AYİB Kiyevə təxminən 2,4 milyard avro məbləğində kredit ayırıb.

AYİB-in səhmdarlarına 72 ölkə, həmçinin Avropa İttifaqı və Avropa İnvestisiya Bankı daxildir. Bankın ilkin nizamnamə kapitalı 10 milyard avro olub və 1996-cı ildə 20 milyard avroya, 2010-cu ildə isə 30 milyard avroya qədər artırılıb.