Finss.az - Kanada ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsum tətbiq etmək hədəsinə cavab olaraq, ABŞ mallarına 105 milyard dollar dəyərində rüsum tətbiq etmək üçün hazırlıq görür.
Bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Bu barədə "Bloomberg" agentliyinin mənbələrinə istinadən bildirilib ki, Kanada Ottava ilkin olaraq bu addımı atmayacaq. Tariflər yalnız Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq tətbiq ediləcək. Hazırlanan siyahı ilkin xarakter daşıyır və gələcəkdə əlavə mallar da daxil edilə bilər.