DÜNYA

15 Yanvar

Qazaxıstan və "Masdar" arasında 1,4 milyard dollarlıq layihə

Finss.az - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əbu-Dabidə "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Əl Ramahi ilə görüşüb.

Prezident, tərəflərin Cambıl vilayətində 1 QVt gücündə külək elektrik stansiyasının tikintisi üçün 1,4 milyard dollar investisiya ilə böyük bir layihənin həyata keçirilməsi üzrə sazişləri imzaladıqlarını bildirib.

Əl Ramahi isə şirkətin tikinti işlərinə başlamağı planlaşdırdıqlarını və yerli komponentlərdən istifadə etməyə maraqlı olduqlarını vurğulayıb.