Finss.az - Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatlar 65 faizdən aşağı düşərək 64,98 faizə çatıb. "Gas Infrastructure Europe" assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın 29-dan bəri anbarlardan 36 milyard kubmetr qaz çıxarılıb. Bu, son beş ilin orta göstəricisindən 29 faiz çoxdur. Sutkalıq qaz çıxarışı isə ilk dəfə olaraq 900 milyon kubmetrə yaxınlaşıb.
Hazırda anbarlarda 72,1 milyard kubmetr qaz ehtiyatı mövcuddur ki, bu da tarixdə dördüncü ən yüksək səviyyədir. Avropa birjasında min kubmetr qazın qiyməti təxminən 500 dollar civarındadır.