Finss.az - Donald Trampın iqtisadi heyətinin inflyasiyanı nəzərə alacaq mərhələli tarif artımı üzərində işlədiyi xəbəri riskli aktivlərə olan iştahı dəstəkləyib.
Tramp administrasiyasının tarif modelinin tədricən tətbiqinə dair xəbərlər fonunda Asiya-Sakit Okean indeksləri, xüsusən də Çin səhmləri yüksəlib. Çinin "CSI 300" indeksi 1.7%, Honq Konqun "Hang Seng" indeksi 1.4% bahalaşdı. Lakin, tətildən qayıdan Yapon indeksləri isə 1.5%-dən çox dəyər itirib. Fyuçerslər, "SP 500" indeksi bazar ertəsi və dünən bir qədər bahalaşdıqdan sonra, bərpanın davam edəcəyinə işarə edir. Ardıcıl 5 gün yükəslişdən sonra dünən dollar indeksi günü enişlə tamamladı və bu gün də günə enişlə start verib.
Yaponiyanın istiqraz bazarında 40 illik dövlət istiqrazlarının gəlirliyi 2007-ci ildə ilk buraxılışından bəri ən yüksək səviyyəyə çatıb. Tarifdə mərhələli keçid planı Tramp administrasiyası inflyasiyanı nəzərə alaraq tarifləri mərhələli şəkildə artırmağı planlaşdırır. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Trampın iqtisadi komandası hər ay tədricən artan tarifləri müzakirə edir. Mənbələr bildirdilər ki, 2%-dən 5%-ə qədər artımı nəzərdə tutan mərhələli tarif proqramı da daxil olmaqla ideyalar müzakirə olunur.
Tariflər Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına əsasən icraedici səlahiyyətlərə əsaslanacaq. Mənbələr bu təkliflərin hələ ilkin mərhələdə olduğunu və Trampa təqdim edilmədiyini bildirib. Bu, onu göstərir ki, ariflərin mərhələli artırılması ideyası danışıqlar mərhələsindədir.
Plan üzərində Xəzinədarlıq Katibliyinə namizəd Skot Bessent və Milli İqtisadi Şuranın sədri Kevin Hasset işləyir.