Finss.az - 2024-cü ildə Rusiya Yunanıstana qaz tədarükündə əsas təminatçı olub.
Rusiya qazının Yunan bazarındakı payı 56%-ə çatıb. DESFA-nın açıqladığı rəsmi məlumatlara görə, 2024-cü ildə təbii qaz idxalı 69,37 Tvt.saat olub, bu, 2023-cü ilə nisbətən 2,45% artım göstərir. Rusiya maye təbii qaz ixracında isə 2,86 Tvt.saatla ikinci yeri tutub, amma bu, əvvəlki ildən 65,87% azalma göstərir. Ümumilikdə, Rusiya qazının (kəmər və MTQ) Yunanıstana tədarükü 38,66 Tvt.saat olub.