Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyəyə 9,6 milyard dollar birbaşa xarici investisiya qoyulub.
Bu barədə Türkiyə Beynəlxalq İnvestorlar Assosiasiyasının (YASED) məlumatında bildirilir.
YASED-in statistikasına görə, 2002-ci ildən 2024-cü ilin sonuna qədər Türkiyəyə birbaşa xarici investisiyaların ümumi həcmi 273 milyard dolları keçib. 2024-cü ilin noyabr ayında isə investisiya axını 1 milyard 139 milyon dollar olub.
Avropa İttifaqı, 64 faizlə investisiyaların əksəriyyətini cəlb edərək bu il Türkiyəyə ən çox investisiya yatıran region olub. Niderland, Almaniya və ABŞ isə ən böyük investisiya qoyan ölkələr sırasındadır.