DÜNYA

13 Yanvar

Avropa anbarlarından 34 milyard kubmetr qaz çıxarılıb

Finss.az - İsitmə mövsümünün başlanğıcından bəri Avropa anbarlarından 34 milyard kubmetrdən çox qaz götürülüb.

“Gas Infrastructure Europe” assosiyasiyasının məlumatına görə, hazırda anbarlarda qaz ehtiyatlarının həcmi 66,38 faiz (73,7 milyard kubmetr) azalıb. Bu, son beş ilin orta göstəricisindən 6,14 faiz aşağıdır.

Qeyd edilib ki, isitmə mövsümünün başlanğıcından anbarlardan qaz çıxarılmasının sürəti əvvəlki beş ilin orta göstəricisindən 28 faiz çoxdur. Bununla belə, yeraltı anbarlarda qazın həcmi tarixdə dördüncü ən yüksək səviyyədədir. Avropa birjasında isə qazın qiyməti təxminən 480 dollar ətrafında dəyişir.

Yanvarın 11-də anbarlardan qaz çıxarılması 697 milyon kubmetr təşkil edib. Bu həftə Avropada havanın əvvəlki yeddi günlə müqayisədə daha soyuq keçəcəyi proqnozlaşdırılır. Yanvar ayında Avropanın elektrik enerjisi istehsalında külək enerjisinin payı 25 faiz olub.

Cari ayda Avropanın qaz kəmərlərinə maye qazın vurulması ötən ilin dekabrından bəri xeyli artıb və hazırda maksimum gücün 41 faizinə bərabərdir.