DÜNYA

13 Yanvar

Qazaxıstan və Çin yeni dəmir yolu xətti tikir

Finss.az - Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə əməkdaşlığa davam edir.

Bu barədə Qazaxıstan Senatının sədri Maulen Aşimbayev bildirib. Pekində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi komitəsinin başçısı Çjao Letszi ilə görüşdə Aşimbayev qeyd edib ki, hazırda bu marşrut Asiya ilə Avropa arasında təhlükəsiz tədarük zəncirini effektiv təmin edir.

Senatın sədri əlavə edib: “Qazaxıstan ilə Çin arasında üçüncü - “Ayaqoz-Taçen” dəmir yolu xəttinin tikintisinə başlanılır. Eyni zamanda, üçüncü sərhəd dəmir yolu buraxılış məntəqəsinin açılışı planlaşdırılır. Biz əminik ki, Orta Dəhlizin potensialından səmərəli istifadə olunması ölkələr arasında tranzit-nəqliyyat əməkdaşlığının genişləndirilməsinə kömək edəcək.”