DÜNYA

13 Yanvar

Böyük Britaniyanın sintetik etanol istehsalçısı fəaliyyətini dayandırıb

Finss.az - Böyük Britaniyanın kimya sənayesi yoxa çıxmaq astanasındadır.

“İneos” kimya şirkətinin rəhbəri Cim Retkliff bunu yanacaq daşıyıcılarının qiymətlərinin və karbon tullantılarına tətbiq olunan vergilərin yüksək olması ilə izah edib. Nəticədə, Britaniyanın sintetik etanol istehsal edən sonuncu zavodu, məsrəflərin gəlirləri üstələməsi səbəbilə fəaliyyətini dayandırıb.

Hazırda Böyük Britaniya sintetik etanolun idxalından tamamilə asılıdır. Bu etanol dərman preparatları, boyalar və kosmetik vasitələr də daxil olmaqla bir çox məhsulun istehsalında istifadə olunur.

Əvvəllər, 2020-ci ilin baharından etibarən, Böyük Britaniya iqtisadiyyatı ÜDM-nin davamlı şəkildə azalması ilə üzləşib.