Finss.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin ABŞ-a qara metal saylan polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 627 milyon 804 min ABŞ dollarına çatıb. Dekabr ayında isə bu rəqəm 31,5% artaraq 57 milyon 794 min dollar olub.
Bundan əlavə, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin ümumi polad ixracı 2023-cü ilə nisbətən 8,7% artaraq 16 milyard 149 milyon 331 min dollar təşkil edib. 2024-cü ilin dekabr ayında bu ixracın məbləği 7,3% artaraq 1 milyon 446 min 369 dollar olub.