DÜNYA

13 Yanvar

ABŞ əhalisinin orta saatlıq gəlirləri 0.3% artıb

Finss.az - ABŞ-ın  Qeyri-kənd Təsərrüfatı Sektorunda (özəl) işləyənlərin orta saatlıq əmək haqları, bazar proqnozlarına uyğun olaraq, dekabr ayında 10 sent və ya 0.3% artaraq 35.69$-a çatıb.

Qeyd etmək lazımdır ki, noyabr ayında göstərici 0.4% təşkil edib. Dekabrda istehsal sektorunda (özəl) işçilərin orta saatlıq əmək haqqları 30.62$ olub və faktiki olaraq dəyişməyib (+6 sent). İllik ifadədə orta saatlıq gəlir noyabr ayında 4% artıqdan sonra, dekabr ayında 3.9% artıb.