DÜNYA

13 Yanvar

Avropada mineral gübrələrin qiymətləri kəskin bahalaşıb

Finss.az - 2025-ci ilin əvvəlindən Avropa İttifaqında mineral gübrələrin qiymətləri rekord səviyyədə artıb.

Almaniyalı aqroanalitik doktor Olaf Zinkenin sözlərinə görə, bahalaşmanın əsas səbəbləri qlobal bazardakı dəyişikliklər, Aİ-də qazın qiymətinin kəskin artması və avronun zəifləməsidir.

Mütəxəssis bildirib ki, azotlu, kaliumlu və fosforlu gübrələrin qiymətləri xüsusilə Almaniya və Fransada ciddi şəkildə bahalaşıb. Misir və Yaxın Şərqdə karbamidin qiyməti də artaraq idxal xərclərini artırıb. Eyni zamanda, İran istehsalında yaranan fasilələr və Türkiyənin yeni tədarükçülərə yönəlməsi də qiymətlərin yüksəlməsinə səbəb olub.

Avropa fermerləri bahalaşmanın təsirindən ciddi narahatdırlar. Hazırda əsas azotlu gübrələr və fosforlu gübrələr, o cümlədən diammoniumfosfatın qiymətində yeni artımlar müşahidə olunur.