DÜNYA

27 Dekabr

Almaniya prezidenti Ştaynmayer Bundestaqı buraxıb

Almaniya prezidenti Frank-Valter Ştaynmayer cümə günü, dekabrın 27-də Bundestaqın buraxıldığını elan etdi və növbədənkənar seçkiləri 2025-ci il fevralın 23-nə təyin etdi.

Finss.az xəbər verir ki, o, bu qərarı daha əvvəl deputatların etimadsızlıq verdiyi kansler Olaf Şolzun tələbi ilə verib.

Ştaynmayer dekabrın 20-də Almaniya parlamentini buraxmaq niyyətində olduğunu açıqlayıb. Sonra o, əmin oldu ki, "federal hökumət üçün sabit parlament çoxluğu yaratmaq üçün artıq heç bir perspektiv yoxdur".

Kaira Agayeva 

Finss.az