DÜNYA

26 Dekabr

Alibaba Group Cənubi Koreyadakı Gmarket ilə qüvvələri birləşdirir

Alibaba Group Holdinq Cənubi Koreyadakı aktivlərini ən böyük yerli pərakəndə satış şirkəti E-Mart Inc-ə məxsus Gmarket onlayn ticarət platforması ilə birləşdirmək barədə razılığa gəlib.

Finss.az xəbər verir ki, E-Mart-ın məlumatına görə, sövdələşmə çərçivəsində AliExpress International və Gmarket bərabər iştirakla birgə müəssisə yaradacaqlar. Yeni struktur Gmarket səhmlərinin 100%-nə sahib olacaq ki, bu da regionda onlayn ticarətin inkişafı üçün resursları və texnologiyaları birləşdirməyə imkan verəcək.

Bu addım dünyada ən sürətlə inkişaf edənlərdən biri hesab edilən Cənubi Koreyanın elektron ticarət bazarında hər iki şirkətin mövqelərini gücləndirmək məqsədi daşıyır.

Kaira Agayeva 

Finss.az