DÜNYA

20 Dekabr

Donald Tramp ABŞ-dan enerji tədarükünü artırmayacağı təqdirdə Brüsseli rüsumlarla hədələyib

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Brüsselin ABŞ-dan neft və qaz tədarükünü artırmayacağı təqdirdə Avropa İttifaqına qarşı idxal rüsumlarını artıracağını deyib.

Finss.az xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.

“Avropa İttifaqı bizdən aldığı neft və qazı əhəmiyyətli dərəcədə artıraraq ABŞ-la olan böyük ticarət kəsirini doldurmalıdır. Əks halda, Brüssel yüksək tariflərlə üzləşəcək”, – deyə Donald Tramp bildirib.

Kaira Agayeva 

Finss.az