DÜNYA

20 Dekabr

Google iki ildir ki, Rusiya Federasiyasında rəsmi fəaliyyət göstərmir

Artıq iki ildir ki, Google MMC Rusiyada rəsmi fəaliyyət göstərmir. Əvəzində şirkət Rusiya filialı üçün iflas prosedurunu davam etdirir və keşləmə serverlərinin infrastrukturunu dəstəkləməyi dayandırıb ki, bu da video xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Finss.az xəbər verir ki, bu barədə TASS-a Roskomnadzorun mətbuat xidmətindən məlumat verilib.

“Google MMC artıq iki ildir ki, Rusiyada rəsmi fəaliyyət göstərmir, Rusiya filialının müflisləşmə proseduruna üstünlük verir və rabitə şəbəkələrimizdə öz keşinq serverlərinin infrastrukturunu dəstəkləməyi dayandırır ”, - mesajda deyilir.

Kaira Agayeva 

Finss.az