Finss.az xəbər verir ki, Rusiyada inflyasiya son iki ilin ən yüksək həddinə çatıb və yeni rekorda imza atıb.
Rosstatın məlumatına görə, illik inflyasiya 9,52%-ə qədər sürətlənib, ərzaq məhsullarının qiymətlərində artım isə illik ifadədə 10,9% təşkil edib. Bu rəqəm 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.
Ən çox qiymət artımı kartof (+88,8%), soğan (+45,4%), kələm (+40,3%), kərə yağı (+34,4%) və süd (+19,1%) olub. Bu məhsullar əhali arasında ən populyar məhsullar sırasındadır ki, bu da vəziyyəti xüsusilə aztəminatlı ailələrin vəziyyətini ağrılı edir.
Kaira Agayeva
Finss.az