G7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün Rusiya neftinə qiymət məhdudiyyətlərini sərtləşdirməyin yollarını nəzərdən keçirir.
Finss.az xəbər verir ki, nəzərdən keçirilən variantlar Rusiya xam neftinin daşınmasına tam qadağadan tutmuş qiymət həddinin indiki 60 dollardan təxminən 40 dollara endirilməsinə qədərdir.
Mənbələr agentliyə bildiriblər ki, müzakirələr davam edir və növbəti addımla bağlı konsensus yoxdur.
Kaira Agayeva
Finss.az