Braziliya realı dollar qarşısında tarixin ən aşağı səviyyəsinə çatıb, çünki ölkənin mərkəzi bankının əhəmiyyətli müdaxilələri yenə də hökumət xərcləri ilə bağlı bazar narahatlığını aradan qaldıra bilmədi.
Finss.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Braziliyanın milli valyutasının məzənnəsi bir dollar üçün 6,09-a düşüb ki, bu da bütün müşahidələr tarixində mütləq minimumdur. İlin əvvəlindən real dollara nisbətdə 26% ucuzlaşıb - bu göstəriciyə görə Braziliya realı inkişaf etməkdə olan bazar valyutaları arasında ən pis göstəricilərdən birinə çevrilib.
Kaira Agayeva
Finss.az