DÜNYA

19 Dekabr

2024-cü ilin ən yaxşı və ən pis aviaşirkətlərinin adları açıqlanıb

AirHelp analitikləri dünyanın ən yaxşı aviaşirkətlərinin yenilənmiş reytinqini tərtib ediblər. Reytinq tərtib edilərkən müştərilərin şikayətləri, uçuşların vaxtında yerinə yetirilməsi, eləcə də sərnişinlərin qidalanma, rahatlıq və xidmət səviyyəsi ilə bağlı rəyləri nəzərə alınıb.

Finss.az xəbər verir ki, Brussels Airlines bu il 2018-ci ildən ardıcıl olaraq birinci yerdə olan Qatar Airways-i üstələyərək ilk dəfə olaraq dünyanın ən yaxşı aviadaşıyıcısı adını qazanıb. Üçüncü və dördüncü yerləri United Airlines və American Airlines, ilk beşliyi isə İslandiyanın aşağı büdcəli “Play” aviaşirkəti tamamlayıb.

Ən pis performans göstərən aviadaşıyıcılara Tunisair (Tunis), Buzz (Polşa), Nouvelair (Tunis), Bulgaria Air (Bolqarıstan), El Al Israel Airlines (İsrail), Pegasus Airlines (Türkiyə), IndiGo (Hindistan) və TAROM (Rumıniya) daxildir.

Kaira Agayeva 

Finss.az