DÜNYA

05 Dekabr

Apple İndoneziyada istehsal obyektlərinə 1 milyard dollar sərmayə qoyur

Texnologiya nəhəngi Apple şirkəti İndoneziyada smartfonlar və digər məhsullar üçün komponentlər istehsal edəcək müəssisəyə 1 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır.

Finss.az xəbər verir ki, oktyabr ayında İndoneziya iPhone 16-nın satışını qadağan edərək, Apple-ı ölkədə satılan telefonların ən azı 40% yerli istehsal hissələrinin olmasını tələb edən ölkə qanunlarına əməl etməməkdə günahlandırdı.

Ruslani jurnalistlərə bildirib ki, sazişin təfərrüatları hələ də işlənir, lakin investisiyanın 1 milyard ABŞ dolları təşkil edəcəyini təsdiqləyib.

Keçən həftə hökumət Apple-ın aksesuarlar və komponentlər zavodu tikmək üçün 100 milyon dollarlıq investisiya təklifini rədd edərək, bunu iPhone 16 qadağasını aradan qaldırmaq üçün yetərsiz hesab etdi.

Kaira Agayeva 

Finss.az