DÜNYA

23 Oktyabr

BVF Ukraynaya 1,1 mlrd dollar ayırıb

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 1,1 milyard dollar məbləğində növbəti tranşı alıb. Vəsaitlər qeyri-hərbi xarakterli mühüm büdcə xərclərinin ödənilməsinə yönəldiləcək.

Finss.az xəbər verir ki, bu barədə “RBC-Ukraine" baş nazir Denis Şmıqalın bəyanatına istinadən məlumat yayıb.

“Biz bu tranşı 15,6 milyard dollar dəyərində EFF proqramına beşinci dəfə baxılması sayəsində almışıq”, - baş nazir sosial şəbəkələrdə yazıb.