DÜNYA

17 Oktyabr

Gürcüstanın Poti limanı 2023-cü ildə rekord gəlir əldə edib

Gürcüstanın Poti limanı 2023-cü ildə rekord məbləğdə 226 milyon lari (83 milyon dollar) gəlir əldə edib.

Finss.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12% çoxdur, bu barədə liman operatoru APM Terminals-ın maliyyə hesabatında deyilir. Şirkətin xalis mənfəəti də 20% artaraq 113 milyon lari (41,5 milyon dollar) təşkil edib.

2023-cü ildə liman ümumilikdə 593 min konteyner daşıyıb ki, bu da ötən illə müqayisədə 66% çoxdur.

Kaira Agayeva 

Finss.az